
Rusiyanın “Match TV” kanalının Azərbaycanda yayımı dayandırılıb.
Qeyd olunur ki, “Match” telekanallarının Azərbaycanda yayıma icazəsi olmayıb. Ona görə də “KİV haqqında” qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq telekanalların yayımı dayandırılıb.
Factor.am yazır ki, Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanda Rusiyanın “Tsarqrad” telekanalının saytı bloklanıb.
Bundan əvvəl Bakı Rusiyanı Azərbaycanın hökumətyönlü media qurumlarına kiberhücumlarda ittiham edib.
Eyni zamanda, Azərbaycan hakimiyyəti bu yaxınlarda Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik fonunda Bakıda “Rus evi”ni, Sputnik-Azərbaycan informasiya agentliyini də bağladı.







