BaşlıcaEkonomika

Baş nazir: “Ermənistanda insanlar 2018-ci ildən sonra daha yaxşı yaşayır”

2018-ci ilin aprel ayına olan məlumata görə, Ermənistanda orta əmək haqqı 173 min 596 dram, 2025-ci ilin aprel ayına isə 304 min 992 dram olub.

Beləliklə, orta əmək haqqı artımı təxminən 130 min dram və ya 75 faiz təşkil edib. Alınan məlumata görə, bu haqda  Ermənistanın Baş naziri Nikol Paşinyan ER Parlamentinin daimi komissiyalarının birgə iclasında “ER-in 2024-cü il dövlət büdcəsinin icrası haqqında” illik hesabatın ilkin müzakirəsi zamanı deyib.

Paşinyan qeyd edib ki, həmin dövrdə məcmu inflyasiyanın səviyyəsi 25 faiz təşkil edib ki, bu da maaşların real artımının inflyasiyanı qabaqlaması deməkdir.

 “Bu, bəlkə də bu gün sosial şəbəkələrdə və siyasi platformalarda tez-tez eşidilən sualın cavabıdır: insanlar 2018-ci illə müqayisədə bu gün daha yaxşı və ya pis yaşayırlar?

Bu rəqəm sübut edir ki, Ermənistanda insanlar bu gün daha yaxşı yaşayır, o cümlədən inflyasiya da nəzərə alınmaqla.

Ümumiyyətlə, insanların təxminən 50 faiz daha yaxşı yaşadığını deyə bilərik. Bunu obrazlı şəkildə təsvir etsək, onlar əvvəlkindən yarıya qədər yaxşı yaşayırlar” –  deyə  Paşinyan qeyd edib.

O əlavə edib ki, bu, hər kəsin öz həyatından razı olması demək deyil, çünki insanlar daim daha yaxşı yaşamağa çalışırlar.

 “Bəs niyə insanlar öz həyatlarından razı ola bilməzlər? Çox sadə, başa düşülən və tamamilə qanuni səbəbə görə, çünki insanlar daha yaxşı yaşamaq istəyirlər.

 Bəs niyə daha yaxşı yaşamaq istəyirlər? Çünki indiki Ermənistanda insanlar daha yaxşı yaşamağın mümkün olduğunu görürlər” – deyərək Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button