
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə telefon danışığı aparıb.
ER XİN-in məlumatına görə, həmsöhbətlər Ermənistan-ATƏT əməkdaşlığı məsələlərini müzakirə ediblər.
Ararat Mirzoyan və Elina Valtonen regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında nizamlanma prosesində son müzakirələri, o cümlədən sülh müqaviləsinin imzalanmasına yönəlmiş səyləri təqdim edib.
Ermənistan və Finlandiya arasında ikitərəfli tərəfdaşlığın gündəliyinə və planlaşdırılan təmaslara, o cümlədən ER xarici işlər nazirinin 2024-cü ilin noyabrında Helsinkiyə səfərinin davamına da toxunulub.







