BaşlıcaSiyasət

İranda edam edilən Mossad agenti türkiyəli İsmayıl Fikridir

İran hakimiyyəti “İsrail casus şəbəkəsinə tarixi zərbə vurduqlarını” açıqlayıb. Telegram kanalları xəbər verir ki, ölkədə Mossad-a məxfi məlumat ötürməkdə ittiham olunan şəxs asılıb.

Sözügedən şəxs İsrailin xeyrinə casusluq etməkdə və ölkənin düşmənlərinə gizli məlumatlar ötürməkdə təqsirli bilinən türkiyəli İsmayıl Fikridir.

Ali Məhkəmə ölüm hökmünü təsdiqləyib və icra artıq həyata keçirilib.

İran hakimiyyətinin məlumatına görə, Fikri iki İsrail kəşfiyyatçısı ilə birbaşa əlaqə saxlayıb və İran daxilində strateji obyektlər haqqında məlumat toplayıb.

İranın rəsmi mediası hadisəni “kəşfiyyatın böyük qələbəsi” adlandırır və bunun Mossad-ın İran ərazisindəki fəaliyyətini ciddi şəkildə zəiflədəcəyini qeyd edir.

Bundan əvvəl Yəzd şəhərində daha 5 nəfər İsraillə əməkdaşlıqda ittiham edilərək həbs edilib.

Onlar həmçinin məlumat toplamaqda və sosial mediada sionizmi yaymaqda şübhəli bilinirlər.

Daha çox göstər
Back to top button