
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan “X” mikrobloqunda Baş nazir Nikol Paşinyanın Türkiyəyə səfərinə toxunaraq, bunu mühüm bir zamanda mühüm addım kimi qiymətləndirib.
“Mən Baş nazir Nikol Paşinyanı Türkiyəyə əhəmiyyətli səfəri zamanı belə mühüm bir zamanda müşayiət etdim. Dialoq, münasibətlərin normallaşdırılması və bölgədə, bizim yaxın qonşumuzda sülhün təşviqi Ermənistanın xarici siyasətində əsasdır” – deyə Mirzoyan yazıb.








