Siyasət

Kostanyan sülh sazişi haqqında

Ermənistan hesab edir ki, yaxın gələcəkdə Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı yeni müzakirələr aparmaq mümkün olacaq.

Bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Əlbəttə hamınızın xəbərdar olduğu sonuncu müzakirə iki ölkə liderləri arasında Tiranada keçirilən görüş olub. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə yeni müzakirələr aparmaq mümkün olacaq”.

O qeyd edib ki, prosesi çıxılmaz vəziyyət kimi qiymətləndirməzdi, çünki onu çıxılmaz vəziyyət kimi qiymətləndirmək üçün ən azı ilkin şərt lazımdır. Həm Türkiyə, həm də Azərbaycanla müzakirələr gedir.

Xarici işlər nazirinin müavini Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı müzakirələrə toxunaraq qeyd edib ki, kommunikasiyaların Ermənistan Respublikasının yurisdiksiyasında olması Ermənistan üçün prinsipial məsələ olaraq qalır və Ermənistanın bu yollar üzərində suverenliyi qorunmalıdır.

Türkiyənin kommunikasiyaların açılması məsələsində Azərbaycanı konstruktiv platformaya gətirməyə hazır olub-olmaması sualını cavablandıran Vahan Kostanyan bölgədə kommunikasiyaların açılmasının Türkiyə tərəfinin də maraqlarından irəli gəldiyi qənaətində olduğunu bildirib.

“Ümid edirik ki, Ermənistan və Türkiyə arasında əldə olunmuş razılaşmalar həyata keçiriləcək və biz həmişə bu barədə həm qapalı görüşlərdə, həm də açıq şəkildə mövqeyimizi bildiririk”, – Kostanyan qeyd edib.

Daha çox göstər
Back to top button