
Cənubi Qafqaz Dəmir Yolları şirkəti Çexiyanın Gepard Express turoperatoru ilə əməkdaşlıq edərək Ermənistan üçün yeni xidmət – turist qatarı istifadəyə verir. Layihə ölkədə ilk dəfədir və regionda dəmir yolu turizmini inkişaf etdirmək məqsədi daşıyır.
Əsasən avropalı 300-ə yaxın turist qatarla səyahət edəcək, onlar Sevan, İrəvan, Gümrü, eləcə də Tbilisi, Kutaisi və Batumiyə səfər edəcəklər.
Bu müddət ərzində qonaqlar Ermənistan və Gürcüstanın mədəniyyəti, tarixi, təbiəti, görməli yerləri ilə tam tanış ola biləcəklər.
“Dünyada dəmir yolu turizmindən geniş istifadə olunur, lakin Ermənistanda hələ də yenidir. Bu təşəbbüslə biz xidmətlərimizin əhatə dairəsini genişləndirmək və regional turizmə yeni təkan vermək məqsədi daşıyırıq. Əminik ki, yüksək keyfiyyətli xidmətlər qonaqlarımız tərəfindən yüksək qiymətləndiriləcək və dəmir yolu turizmi Ermənistanda inkişaf edən və davamlı istiqamətə çevriləcək”.







