
Ermənistan Baş naziri Nikol Paşinyan diplomatik nümayəndəliklərinin illik iclasında çıxış edərkən erməni-azərbaycan münasibətlərinə toxunub, qarşılıqlı etibar məsələsini və diplomatiyanın bunun aradan qaldırılmasındakı rolunu vurğulayıb.
Alınan məlumata görə, Baş nazir qeyd edib ki, Ermənistanın ictimai diskursunda tez-tez “Azərbaycana necə etibar etmək olar?” sualı səslənir. Paşinyanın sözlərinə görə, əsas problem də məhz buradadır:
“Problem damcı-damcı bir qədər etibar qurmaqdır. Daha da deyim: əgər Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinə etibar etsəydilər, heç bir sənədi imzalamağa sadəcə ehtiyac qalmazdı. Diplomatiya, etibarsızlıq mühitində etibar üçün kiçik bir dayaq nöqtəsi və ya nəzəri imkan yaratmaqdır”.







