İctimaiyyət
Yerevada 8-ci Beynəlxalq Kitab Festivalı keçiriləcək

Sentyabrın 5-7-də Respublika meydanında VIII Yerevan Beynəlxalq Kitab Festivalı keçiriləcək.
Kitab yarmarkasında 50-dən çox nəşriyyat, mətbəələr, kitab mağazaları, muzeylər, kitabxanalar, təhsil və mədəniyyət müəssisələri eksklüziv endirimlərlə iştirak edəcək.
Festivalın üç günü ərzində kitab təqdimatları, erməni və əcnəbi yazıçılarla (Birləşmiş Krallıq, Rusiya, Hollandiya, Gürcüstan, İran) görüşlər, müzakirələr keçiriləcək.







