
ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) Azərbaycanla bağlı aşağıdakı hesabatı dərc edib.
Azərbaycanda dini azadlıq şəraiti ciddi şəkildə məhdud olmaqda davam edir. Hökumətin dini həyatı tam nəzarəti müstəqil dini birliklər, ifadə və ya fəaliyyət üçün yer buraxmır.
Komissiya ABŞ Dövlət Departamentinə dini azadlığın ciddi şəkildə pozulması səbəbilə Azərbaycanı “Xüsusi Nəzarət Siyahısında” saxlamağı tövsiyə edib.
İyun ayında USCIRF Azərbaycanda dini azadlıq vəziyyəti ilə bağlı dinləmələr keçirib.
Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağ və ətraf rayonlardakı erməni tarixi dini obyektləri təhlükə altındadır.
“2023-cü ildə Azərbaycanın hərbi hücumu zamanı təxminən 100,000 erməni bölgədən məcburi köçürülüb. 2024-cü il iyun ayına olan məlumata görə, “Caucasus Heritage Watch” təşkilatı səkkizi dağıdılmış və səkkizi zədələnmiş dini obyekt, o cümlədən kilsələr, qəbiristanlıqlar və digər artefaktlar aşkarlayıb.
Azərbaycan hakimiyyətləri erməni dini irsinin məhv edilməsini və saxtalaşdırılmasını, onu guya Qafqaz albanlarının irsi olaraq təqdim etməklə qanuniləşdirmişdir” — deyə hesabatda qeyd olunur.
ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) ABŞ Konqresi tərəfindən xaricdə dini azadlığın vəziyyətini müşahidə etmək, təhlil etmək və hesabatını təqdim etmək məqsədilə yaradılmış müstəqil, ikipartiyalı agentlikdir.







