Ermənistanın Baş naziri Nikol Paşinyan İncilini Vaşinqtondakı İncil Muzeyinə hədiyyə edəcək.

Verilən məlumata görə, Baş nazir bu barədə “Facebook” səhifəsində yazıb və buna dair video da paylaşıb.
“Bu İncil mənim əlimə gizlənmədə olduğum vaxt düşüb. Xatırlatmaq istəyirəm ki, mən gizlənmədə 2008-ci il martın 2-dən 2009-cu il iyulun 1-dək olmuşam.
Sonralar bu İncil 1 il 11 ay ərzində mənimlə birlikdə həbsxanada da olub.
Və yaxınlarda ABŞ-a etdiyim səfər zamanı belə bir fikir yarandı və mən söz verdim ki, bu İncilimi Vaşinqtondakı İncil Muzeyinə hədiyyə edəcəyəm.
İndi isə bu proses gedir, yaxın günlərdə mən hədiyyəni Vaşinqtondakı İncil Muzeyinə göndərəcəyəm. Düşünürəm ki, mənim üçün çox önəmli və dəyərli olan bu kitab çox mühüm bir məkanda yerləşəcək və bu da onun üçün ən doğru məkandır” – deyə Paşinyan yaxın vaxtlarda İncilini muzeyə hədiyyə edəcəyini göstərərək bildirib.







