BaşlıcaSiyasət

PAŞİNYAN:  “ERMƏNİSTANDA 2026-CI İLDƏ MÜDAFİƏ XƏRCLƏRİNİN ARTIMI NƏZƏRDƏ TUTULMUR”

Ermənistanda 2026-cı ildə müdafiə xərclərinin artımı nəzərdə tutulmur.

Alınan xəbərə görə, Ermənistan Baş naziri Nikol Paşinyan bu haqda  Parlamentdə hökumətə suallar zamanı açıqlayıb.

“KP” fraksiyasının deputatı Armen Xaçatryan Baş nazirin əvvəllər etdiyi bəyanatı xatırlatdı:

2026-cı ildə müdafiə xərclərində əhəmiyyətli artım olmaya bilər və ya ümumiyyətlə artım olmaya bilər. Deputat bu bəyanatla bağlı aydınlaşdırılma tələb etdi.

“2025-ci ildə 2024-cü ilin büdcəsi ilə müqayisədə müdafiə xərclərində qeyri-mütənasib böyük artım olub. Və biz əhəmiyyətli müdafiə xərcləri həyata keçirdik.

Bu xərclərin bir hissəsini gələcək borcların, o cümlədən müdafiə sahəsindəki öhdəliklərin ödənilməsinə yönəltdik”- deyərək Paşinyan  qeyd edib.

Hökumət, məsələn, 2030 və ya 2035-ci illərdə ödənilməli olan borcların daha tez ödənilməsini və borc yükünün azaldılmasını məqsədəuyğun hesab edib.

“Maliyyə imkanı gördük, borcları konsolidasiya etdik (birləşdirdik) və o borc hissəsini indi bağladıq. Əgər bu borc hissəsini bütün danışıqlardan çıxarsaq və rəqəmlərə baxsaq, görərik ki, bizim ilkin planlaşdırdığımız müdafiə xərclərinin təbii artımı var – bəlkə də bir qədər daha çox.

Əgər bu məntiqlə baxsaq, orta müddətli xərc planına əsasən, 2026-cı ilin müdafiə xərcləri 2024-cü ilə nisbətən təbii artım təşkil edir.

Əgər 2025-ci ildə müdafiə xərclərində 115 milyard dramlıq kəskin, qeyri-mütənasib artım olmasaydı, biz 2023, 2024, 2025, 2026-cı illərdə təbii artım olardı.

2026-cı ildə 2025-ci illə müqayisədə müdafiə xərclərinin artımını deyil, azalma nəzərdə tutmamız, ilk növbədə, məhz bununla bağlıdır”- deyə Paşinyan  qeyd edib.

Baş nazir bildirdi ki, 2026-cı ildə müdafiə xərclərinin azaldılması üçün başqa amillər də var. Paşinyan bunları parlamentlə gizli sessiyada bölüşə biləcəyini söylədi.

“Bizim yeritdiyimiz siyasət nəinki heç bir təhlükə yaratmır və ya təhlükəsizlik sistemimizi zəif etmir, problem yaratmır, əksinə, biz təbii inkişaf prosesindəyik. Və bu təbii inkişaf davam edəcək” – deyə Baş nazir  qeyd edib.

Daha çox göstər
Back to top button