
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Hərtərəfli Təhlükəsizlik və Müqavimət 2025” beynəlxalq konfransının açılışında iştirak edib.
Tədbirdə həmçinin Baş nazirin işçi qrupunun rəhbəri Arayik Harutyunyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Daxili İşlər naziri Arpine Sarkisyan, Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan, Ermənistanda Avropa Birliyi Nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos, Ermənistanda akkreditasiya olunmuş səfirlər, beynəlxalq ekspertlər və başqaları iştirak ediblər.
Konfransın iştirakçılarını salamlamaqla çıxış edən Baş nazir təhlükəsizlik gündəliyi ətrafında ictimai konsensusun vacibliyini vurğulayıb:
“Konsensus, əlbəttə, çox vacibdir, amma bəzən biz çox mühüm bir məsələni unuduruq ki, konsensusun nəyin ətrafında və hansı məqsədlə olduğu aydın və dəqiq olmalıdır”.
Baş nazirin sözlərinə görə, təhlükəsizlik deyəndə nəyi nəzərdə tutduğumuzu, kimin və nəyin təhlükəsizliyini nəzərdə tutduğumuzu və hansı parametrlərlə ifadə edildiyini qeyd etmək və formalaşdırmaq lazımdır.
“Mənim dərketməmlə təhlükəsizlik öz zəif tərəflərimizi azaltma prosesidir” – deyərək Nikol Paşinyan və qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi və zəif tərəflərin azaldılması barədə bizim təsəvvürlərimizdə mahiyyətli dəyişikliklər baş verib.
Baş nazir keçmiş dövrdə bizim təsəvvürlərimizə toxunaraq qeyd edib ki, xarici təhlükəsizlik zəif tərəflərimizi azaltmağın ilkin vasitələri hərbi-siyasi ittifaqlar və ordu olub.
Lakin ölkə rəhbərinin sözlərinə görə, tarix sübut etdi ki, bu formula nə birinci, nə də ikinci baxımdan işləmədi.
Nikol Paşinyanın sözlərinə görə, 2022-ci il oktyabr ayında Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə əsasən Ermənistan və Azərbaycan Alma-Atı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə hazır olduqları siyasi razılığa gəldilər.
“Bu bütün strategiyamızı dəyişən dönüş nöqtəsi idi, çünki bu, etibarlılığı təhlükəsizlik alətinə çevirməyə ilk cəhdimiz idi. Və bu nöqtədən etibarən həmin alət işləməyə başladı.
Və bu nöqtədən Ermənistan Respublikasının strategiyası mahiyyətcə dəyişdi və başa düşdük ki, təhlükəsizliyin dayaqlarından biri, əgər əsas olanı deyilsə, hətta məncə əsas olanı, etibarlılıq olmalıdır” – deyə Baş nazir qeyd edib.
Nikol Paşinyan qeyd edib ki, Hökumət ardıcıl olaraq etibarlılıq əsasında qurulan bu təhlükəsizlik strategiyasını həyata keçirir və sülhü mümkün edən məhz bu strategiyadır:
“Bu strategiyanın qəbul edilməsiz sülh, sadəcə olaraq, mümkün olmazdı, əgər sülh deyəndə biz institusional, davamlı sülhü nəzərdə tuturuqsa”.
Ölkə rəhbərinin qiymətləndirməsinə görə, indi bizim təhlükəsizlik etibarlılıq strategiyamız cari ilin 8 avqust tarixində sülh sazişinin imzalanması və Vaşinqton sülh bəyannaməsi ilə daha da möhkəmlənib.
“Xarici mühitlə bağlı etdiyimiz hər şey yalnız və təmamilə təhlükəsizliyin etibarlılıq strategiyası ilə bağlıdır” – deyə Baş nazir bildirib.
Nikol Paşinyan vurğulayıb ki, etibarlılıq strategiyası ordunun islahatları üçün də vacibdir. “Və burada bizim növbəti strateji dəyişikliyimizdir ki, belə səslənir və səslənib.
Ermənistan Respublikasının ordusunun Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda işi yoxdur, məsələsi yoxdur və ordunun vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin müdafiəsini təmin etməkdir.
Ordu məsələsində və ordunun kontekstində etibarlılıq strategiyası budur” – deyərək Baş nazir və əlavə edib ki, etibarlılıq strategiyası bizə konkret nəticələr verib, xüsusilə, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq çərçivəsinin genişləndirilməsi.
“Bu baxımdan təhlükəsizlik strategiyalarımızı etibarlılıq əsası üzərində qururuq və etibarlılıq bizim təhlükəsizliyimizin təminatında ilk vasitədir.
Biz sözlərimizi, səylərimizi, məqsədlərimizi beynəlxalq səviyyədə tanınmış 29,743 kvadrat kilometr ərazimizin sərhədləri daxilində yerləşdiririk.
Hər şeyi, tamamilə hər şeyi beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin məntiqi çərçivəsində qururuq” – deyə Baş nazir Paşinyan qeyd edib.
Nikol Paşinyanın sözlərinə görə, əgər bizi zəif edən və ya zəif edəcək və zəif tərəflərimizi etibarlı hala gətirə biləcək bir şey varsa, onda biz bu məsələləri həll etməliyik.
“Artıq kiçik suallar yoxdur, çünki böyükləri kənarlaşdırdıqda, hər növbəti sual həmin anın ən böyük sualına çevrilir. Və “bu məsələni başqaları gəlib həll edəcək’ demək məsuliyyətsizlikdir, başqası yoxdur.
Ya da ‘gələcəkdə həll edəcəklər’ – gələcək bu gündür. Bu gün həll oldumu? Deməli gələcək var. Həll olunmadımı? Deməli gələcək yoxdur. Və bu, bizə deməyə imkan verən strategiyadır ki, biz bu gün heç vaxt olmadığı qədər müstəqil, heç vaxt olmadığı qədər suveren, heç vaxt olmadığı qədər dövlətik və icazə verin deyim, heç vaxt olmadığı qədər təhlükəsizik.
Ermənistan Respublikası müstəqilliyi dövründə bu günədək – 2025-ci il sentyabrın 15-də sahib olduğundan daha çox təhlükəsizliyə heç vaxt malik olmayıb. Və mən bunu məsuliyyətlə deyirəm”.
Baş nazir qeyd edib ki, Hökumət reallıq üçün qeyri-adi həllər təklif edir və təqdim edir: “Belə həllərdən və düsturlardan biri aşağıdakıdır: Müstəqillik və bu baxımdan təhlükəsizlik, az sayda tərəfdən asılılığı çoxsaylı tərəfdən asılılıqla əvəz etməkdir” – deyə Baş nazir qeyd edib.
“Trampın Yolu: Beynəlxalq sülh və rifah üçün” proqramına istinad edən Baş nazir qeyd edib ki, o, Ermənistan üçün blokadanın aradan qaldırılmasını nəzərdə tutur.
Lakin bu, həmçinin Azərbaycanın Ermənistan ərazisi vasitəsilə blokadasının aradan qaldırılmasını da nəzərdə tutur.
“Təhlükəsizlik zəmanəti varmı? Mənim fikrimcə, bəli, təhlükəsizlik zəmanəti var. Təhlükəsizliyin zəmanəti sülhdür. Sülhdən başqa heç bir təhlükəsizlik zəmanəti sadəcə mövcud deyil.
Biz bu gün sülhə malikik, lakin bu sülh gündəlik qayğı tələb edir. Və daha çox – sülh daimi institusionallaşdırma tələb edir. İlk növbədə – sülh müqaviləsinin imzalanması və təsdiq edilməsini nəzərdə tuturam” – deyərək Nikol Paşinyan qeyd edib.
Lakin baş nazirin sözlərinə görə, bundan sonra da sülh institusionallaşdırma tələb edir, çünki bundan sonra ən müxtəlif digər məsələlər meydana çıxacaq:
“Bu məsələlərdən hər hansı birinin həllinin nəticəsində sülh davam etmək üçün institusionallaşdırma tələb edəcək. Hətta 50 il mövcud olmuş bütün sülhlər də institusionallaşdırma ehtiyacı duyur, çünki əgər sən sülhün institusionallaşdırılması ilə məşğul olmursansa, sülh deinstitusionallaşır, yəni dağılır”
Söhbəti yekunlaşdıraraq Baş nazir bu yaz özü tərəfindən edilən elana istinad edib ki, ona görə Ermənistanla Azərbaycan arasında artıq müharibə olmayacaq, sülh olacaq:
“Ermənistanla Azərbaycan arasında artıq müharibə deyil, sülh mövcuddur” – deyə ölkə rəhbəri bəyan edib.







