
Ermənistan və Türkiyənin müxtəlif sahələrdə bir-birini tamamlayan imkanları var və bu potensialdan istifadə etmək hər iki ölkənin və bütün regionun inkişafına xidmət edə bilər.
Alınan məlumata görə, Yerevanda keçirilən NATO PA-nın 108-ci Rouz-Rot seminarı çərçivəsində keçirilən matbuat görüşündə bunu NATO PA-nın Alt Komitə sədri, Türkiyə Parlamentinin deputatı Fatma Aksal dedi.
“Ermənistanın bəzi sahələrdə, Türkiyənin isə başqa sahələrdə üstünlükləri var. Ticarətdən hamı qazanır. Biz qonşuyuq və tarixi əlaqələrimiz var.
Türkiyədə Ermənistan vətəndaşları yaşayır və onlarla yaxşı münasibətlərimiz var. Əminəm ki, hər iki ölkə və Cənubi Qafqazın bütün regionu sülhdən yalnız qazanacaq”– deyə Aksal bildirib.
O, həmçinin Türkiyənin Şərq və Qərb arasında körpü rolu olduğunu vurğulayıb.
“Türkiyə, Ermənistanı bütün Avropaya bağlayacaq. Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir. Biz AB üzvü deyilik, amma Ermənistanla Avropa arasında körpüyük və bu, çox kömək edə bilər.
Bundan əlavə, Ermənistan energetika sahəsində, məsələn, qaz təchizatı üçün tranzit məntəqə ola bilər” – deyə o, qeyd edib.
Aksal əmindir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması təkcə regional sülhə deyil, həm də yeni iqtisadi əməkdaşlıq imkanlarının açılmasına gətirib çıxaracaq.







