
Finlandiyanın Xarici işlər naziri Elina Valtonen oktyabrın 13–15-də Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. Bu, onun ATƏT-in fəaliyyətdə olan sədri kimi bölgəyə ilk səfəridir.
Valtonen hər üç ölkənin yüksək səviyyəli rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək. Səfər zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, Gürcüstanda isə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.
Nazir vurğulayıb ki, Finlandiya Cənubi Qafqazda sülhün və demokratiyanın möhkəmləndirilməsinə yönəlmiş səyləri dəstəkləyir.







