Ekonomika
2026-cı ildə 4 ton qızıl hasil edəcəyik: Nazir

Ermənistanda 2026-cı ildə emal sənayesi və mədənçilik həcmlərinin artırılması planlaşdırılır.
Bu barədə Ermənistan Respublikasının maliyyə naziri Vahe Hovannisyan bildirib.
“2026-cı ildə Ermənistanda emal sənayesi və mədənçilik həcmlərinin artırılması planlaşdırılır. Amulsarın bu artıma təsiri var. Biz 2026-cı ildə 4 ton qızıl çıxaracağımızı proqnozlaşdırırıq”, – o bildirib.
Amulsar mədəninin inkişaf proqramına ümumi investisiyalar 750 milyon ABŞ dolları təşkil edəcək ki, bunun 250 milyonu tikintinin başa çatdırılması və mədənin istismarına başlanması üçün nəzərdə tutulub. Amulsarda təsdiqlənmiş ehtiyatlar 73 ton qızıl, 294 ton gümüşdür.







