
Bakıda noyabr ayında nəzərdə tutulan Avropa rabbilərinin konfransı təhlükəsizlik səbəblərinə görə ləğv edilib. Səbəb isə Türkiyə və İrandan gələn narazılıq dalğası və görüşə mane olmaq təhdidləridir.
Bu barədə Facebook sosial şəbəkəsində Yerevanın “Yəhudi Evi”nin qurucusu, jurnalist Nataniel Trubkin yazıb.
“Konfrans İslam dünyasında tarixdə ilk belə tədbir– 600 Avropa rabbisi, həmçinin İsrailin baş rabbiləri və nazirlərinin iştirakı ilə olmalı idi
Həmçinin siyasi müzakirələrlə – Azərbaycanın İbrahim sazişlərinə qoşulma ehtimalı haqqında.
Lakin bu hekayənin sonu fərqli oldu. Yaxın Şərqin yeni reallıqlarında Əliyev seçim etmək məcburiyyətindədir: ya regionda İsrailin yeganə tərəfdaşı olmaq istəyir, ya da türk blokunun bir hissəsi olmaq, burada yəhudilərlə sıx əlaqələr aşkar şəkildə hörmətsizlik sayılır.
Bakı və Yerüselimin yaxınlaşma dövrü yəqin ki, sona yaxınlaşır. Növbəti addım Yerevanındır.
Hazırda Ermənistan İsraillə və qərb yəhudiləri ilə qarşılıqlı səmərəli əlaqələr qurmaq fürsəti qazanır. Vasitəçilərsiz və birbaşa Ermənistanın biznes maraqlarından çıxış edərək” – deyərək o, qeyd edib.







