BaşlıcaSiyasət

Paşinyan Ermənistanla Azərbaycan arasında siyasi cəhətdən həll olunmuş münaqişəni onun sosial-psixoloji baxımdan həlli problemi kimi görür

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasındakı münaqişənin siyasi baxımdan həll olunduğunu düşünür, lakin sosial-psixoloji baxımdan problem görür.

Bu barədə Baş nazir “Orbeli Forumu: Sülhün və Çoxtərəfli Əməkdaşlığın Qurulması” adlı beynəlxalq konfransda deyib.

“Müstəqilliyimizin ilk günündən bəri sülhün nə olduğunu bilmirdik, heç vaxt sülh fenomeni ilə məşğul olmamışıq. Müstəqilliyimizdən əvvəlki dövrdə münasibətlərimizin əsas xüsusiyyəti münaqişə idi. Əslində, Ermənistan və Azərbaycan münaqişə məntiqi və münaqişədən qaynaqlanan enerji sayəsində müstəqillik qazandılar.

30 ildən çox davam edən münaqişə bu günə qədər davam edir. Siyasi baxımdan münaqişə bitdi, həll edildi, amma sosial-psixologiya baxımdan dayandırıla bilən bir fenomen deyil. Bu məntiq zaman-zaman mətbuatda, ekspert dairələrində, hətta ölkələrin rəhbərliyi səviyyəsində belə ifadə olunur, biz bu fenomenlərlə mübarizə aparmaq üçün düzgün formullar tapmalıyıq”, – Paşinyan bildirib.

Ermənistanın Baş naziri vurğuladı ki, sosial-psixoloji baxımdan problem siyasi liderliklə aradan qaldırıla bilər.

“Suala aydın cavab verməlidir ki, tarixin istehlakçısı olmaq istəyirik, yoxsa tarixin yaradıcısı? Son iki ilin təcrübəsi bizə deyir ki, biz tarixin yaradıcısı ola bilərik, bu, heç də tarixi unutmaq demək deyil, digər tərəfdən, tarixi unutmamaq və tarixin yaradıcısı olmaq tarixin mübahisəli surətini çıxaran roluna girməmək deməkdir”.

Baş nazir vurğuladı ki, əgər tarixdə bugünkü hərəkətlərimizin məntiqini və əsaslandırılmasını tapmağa çalışsaq, bu, sülhə inanmadığımız anlamına gələcək.

Qeyd edək ki, “Orbeli Forumu: Sülhün və Çoxtərəfli Əməkdaşlığın Qurulması” adlı illik beynəlxalq konfransda müsxtəlif formatlarda Ermənistanın yüksək vəzifəli rəsmiləri və Ermənistan, bütün qonşu ölkələr, Rusiya, ABŞ, AB ölkələri, Çin, Hindistan, BƏƏ və s. ölkələrdən ekspertlər iştirak edirlər.

Daha çox göstər
Back to top button