BaşlıcaSiyasət

Ararat Mirzoyan Brüsseldə işgüzar görüşlər keçirəcək

Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan Strasburqa səfərini başa çatdırıb. Alınan məlumata görə, bu barədə ER XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Badalyan əlavə edib ki, Ararat Mirzoyanın işgüzar görüşləri Brüsseldə davam edəcək.

ER Xarici işlər naziri yanvarın 26–28-də işgüzar səfərlə Strasburqda olub. Səfər çərçivəsində Ermənistanın Avropa Şurasına üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Xarici işlər naziri Ararat Mirzoyan yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib, daha sonra AŞ PA deputatlarının suallarını cavablandırıb.

Daha çox göstər
Back to top button