
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini tarixi adlandırıb. Vens bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüşdən sonra keçirilən mətbuat icmalında bildirib.
“Bu gün burada baş verənlərin tarixi əhəmiyyəti var. Mən həqiqətən də Birləşmiş Ştatların bu ölkəni ziyarət edən ilk vitse-prezidenti olduğuma fəxr edirəm”- deyə Vens qeyd edib..
ABŞ vitse-prezidenti əməkdaşlığa görə Ermənistanın Baş nazirinə təşəkkür edib və qeyd edib ki, o və ABŞ prezidenti Donald Trump bu əməkdaşlığı daha da gücləndirməyə sadiqdirlər.
Xatırladaq ki, ABŞ vitse-prezidenti Cey Di Vens rəsmi səfərlə Ermənistana 9 fevralda gəlib. ABŞ vitse-prezidenti ailəsi – həyat yoldaşı və uşaqları ilə birlikdə Ermənistana gəlib.
Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens arasında təkbətək görüş baş tutub.







