Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə oxuyacaq

Polşa Beynəlxalq Münasibətlər İnstitutu açıqlaıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın 25-də “Ermənistan və Cənubi Qafqazda Yeni Sülh Memarlığı” mövzusunda mühazirə oxuyacaq.
“İki ildən çoxdur ki, Ermənistan xarici siyasətdə transformasiya dövrünü yaşayır. Onun Rusiya ilə keçmiş formal müttəfiqliyi, şəraitin təsiri ilə tədricən Avropa İttifaqı və ABŞ ilə daha sıx əlaqələrlə tarazlaşdırılır.
Yaxın gələcəkdə sülh müqaviləsinin bağlanması, sərhədlərin açılması, ticarətin bərpa olunması və ABŞ-ın dəstəyi ilə Ermənistan ərazisində TRIPP-nin qurulması gözlənilir.
Bu proqramların gələcəyi, eləcə də Ermənistan hakimiyyəti tərəfindən həyata keçirilən siyasətin istiqaməti bu ilin iyun ayında keçirilməsi planlaşdırılan parlament seçkilərinin nəticələri ilə müəyyən ediləcək”, – institutun saytında deyilir.
Ermənistan Baş naziri mühazirəsində bu çətinliklərə toxunacaq və auditoriyanın suallarını cavablandıracaq.







