BaşlıcaBeynəlxalq
Vens Ermənistan və Azərbaycan rəhbərlərinə sülhün təsdiqi üçün təşəkkür etdi

ABŞ vitse-prezidenti C.D. Vens “Sülh Şurası”nın ilk iclasında çıxış edərək Ermənistanın Respublikasının Baş naziri Nikol Paşinyana və Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür bildirdi.
“Biz hamınıza, xüsusilə keçən həftə görüşdüyüm Azərbaycan prezidenti və Ermənistan Baş nazirinə, əməkdaşlığınıza görə minnətdarıq.
Həqiqi liderliyin nəyə qadir olduğunu nümayiş etdirdiyiniz üçün hamınıza təşəkkür edirəm. Silahları, qətlləri və dağıntıları bir kənara qoyaraq xalqınızın rifahına və inkişafına sərmayə qoyduğunuz zaman,bax bu böyük uğurlara səbəb ola bilər.
Buna görə də, hər ikinizə etdiklərinizə görə təşəkkür edirəm”- deyə Vens bəyan edib.







