BaşlıcaSiyasət

İranın ER-dakı  səfiri: Ermənistanla hərtərəfli strateji əməkdaşlıq sənədi hazırlanma mərhələsindədir

İranın ER-dakı Fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami, 2 mart tarixində keçirilən mətbuat brifinqində Ermənistanla hərtərəfli strateji əməkdaşlıq sənədinin hazırlanma mərhələsində olduğunu bildirdi.

Səfir açıqladı ki, “İlkin olaraq hal-hazırda bu mətn üzərində İranda iş gedir. Bəzi hissələrinin dəyişdirilməsi istiqamətində çalışmalar davam edir.

Bizim arzumuz budur ki, bu sənəd sadəcə kağız üzərində qalan bir sənəd olmasın, operativ xarakter daşıyın.

Bu sənədi yekun şəkildə hazırlayıb, onun hərtərəfli xarakterini təmin etdikdən sonra tərəflər arasında mübadilə ediləcək və yekun razılıq əldə olunduqda imzalanmağa hazır olacaq. Ümidvarıq ki, 2026-cı ildə bu sənədi imzalaya biləcəyik”.

Səfir qeyd etdi ki, bu sənəddən asılı olmayaraq, hal-hazırda da Ermənistan və İran müxtəlif sahələrdə çox yaxşı əməkdaşlıq edir və bu əməkdaşlıq inkişaf edir.

 “Bu çərçivədə son zamanlar yüksək səviyyəli səfərlərdən birini qeyd etmək lazımdır – təxminən bir həftə əvvəl Ermənistanın Müdafiə naziri cənab Papikyanın İrana səfəri baş tutmuşdur”.

Daha çox göstər
Back to top button