BaşlıcaEkonomika

AB üç il ərzində Qarabağdan köçkün düşmüş ermənilərin dəstəklənməsi üçün 78 milyon avrodan çox vəsait ayırıb

Avropa Birliyi 2023-cü ildən indiyədək Qarabağdan köçkün düşmüş ermənilərin təcili humanitar ehtiyaclarının ödənilməsi və uzunmüddətli sosial-iqtisadi inteqrasiyasına dəstək məqsədilə 78 milyon avrodan çox vəsait ayırıb.

Verilən məlumata görə, bu barədə AB-nin  nümayəndəliyi ofisinin İnstaqram səhifəsində qeyd olunub.

Bildirilir ki, göstərilən məbləğin 21,5 milyon avrosu Avropa Mülki Müdafiə və Humanitar Yardım Baş Direktorluğu (DG ECHO) vasitəsilə, 40 milyonu Avropa Birliyi tərəfindən Ermənistan Respublikasına büdcə dəstəyi kimi, 9 milyonu vətəndaş cəmiyyəti təşkilatları tərəfindən həyata keçirilən proqramlar üçün, 8 milyonu isə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən həyata keçirilən “Ermənistan üçün Qaçqınların Dayanıqlılığı Pəncərəsi” proqramına ayrılıb.

Daha çox göstər
Back to top button