
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Parisdə Ermənistanın baş naziri Nikol Paşinyan və ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyanla görüşünün təfərrüatlarını açıqlayıb.
“Parisdə Ermənistanın baş naziri Nikol Paşinyan və ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyanla görüşümüz oldu. Görüşümüz zamanı regionumuzda uzunmüddətli sülhə və sabitliyə töhfə verəcək infrastruktur və enerji məsələlərini müzakirə etdik. Bu kontekstdə əsasən elektrik enerjisi bağlantısı, nüvə enerjisi və təbii qaz kimi əməkdaşlıq sahələrinə toxunduq”, – deyə Bayraktar özünün X mikrobloqunda qeyd edib.







