
Azərbaycan ərazisindən tranzit qaydada Ermənistana 4 vaqon gübrə və 1 vaqon qarabaşaq göndəriləcək.
“Armenpress”in məlumatına görə, bu barədə Azərbaycan KİV-ləri xəbər verir.
Azərbaycan ərazisi vasitəsilə Rusiyaya məxsus buğdanın ilk partiyası Ermənistana 6 noyabr 2025-ci ildə çatmışdı.
8 noyabr tarixində isə yenidən Azərbaycan ərazisindən keçməklə Ermənistana 1000 ton həcmində Qazaxıstan buğdası göndərilmişdi.
Martın 9-da Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiyadan növbəti buğda partiyası yola salınmışdı.







