Yay çağırışının tarixləri məlum olub

2026-cı il yay çağırışı üzrə sıravi heyətin məcburi hərbi xidmətə çağırılması və tərxis edilməsi haqqında qərar layihəsi ictimai müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, çağırış çərçivəsində Silahlı Qüvvələrin komplektləşdirilməsi müddətinin 22 iyun 2026-cı ildən 15 avqust 2026-cı ilədək müəyyən edilməsi, məcburi hərbi xidmət keçmiş hərbi qulluqçuların isə 24 iyun 2026-cı ildən 15 avqust 2026-cı ilədək tərxis olunması nəzərdə tutulur.
Bu, 2024-cü ilin yay çağırışı zamanı Silahlı Qüvvələrin komplektləşdirilməsinin 24 iyun 2024-cü ildən 15 avqust 2024-cü ilədək həyata keçirilməsi ilə əlaqələndirilir.
Məcburi və ya alternativ hərbi xidmət keçmiş şəxslərin tərxisi 24 iyundan 15 avqustadək aparılacaq.
Çağırışa cəlb olunacaqlar:
– 2026-cı il iyunun 30-dək (daxil olmaqla) 18 yaşı tamam olan kişi vətəndaşlar;
– Daha əvvəl verilmiş möhlət müddəti 2026-cı il iyunun 30-dək başa çatan vətəndaşlar;
– 2026-cı il martın 1-dək könüllü əsaslarla xidmət keçmək üçün müraciət etmiş qadın vətəndaşlar;
– Qanunla nəzərdə tutulmuş digər əsaslarla çağırılmaq istəyini bildirmiş kişi vətəndaşlar.







