
Ermənistanın üçüncü Prezidenti, Ermənistan Respublikaçılar Partiyasının (ERP) sədri Serj Sarkisyan partiyanın 18-ci qurultayında rəhbərlik etdiyi siyasi qüvvənin 7 iyun parlament seçkilərində niyə iştirak etməyəcəyini açıqlayıb.
Sarkisyan bildirdi ki, düzgün iş aparılacağı təqdirdə partiya 4 faizlik baryeri keçə bilərdi, lakin bu qərar daha böyük məqsədlərə xidmət edir:
“Biz bu seçkilərdə iştirak etmirik ki, müxalifət düşərgəsini daha çox parçalamayaq. Öz vədlərini həyata keçirmək istəyən bütün o qüvvələrə imkan veririk ki, onlara mane olan ‘keçmişlərin’ (naxkinner) olmadığını görsünlər.”
Sarkisyanın sözlərinə görə, bu qərar həm də sosioloji tədqiqatlara əsaslanır:
Respublikaçı tərəfdarlarının demək olar ki, hamısı seçkilərdə iştirak edəcək.
Onlar yalnız müxalif qüvvələrə səs verəcəklər.
Beləliklə, onların səsləri itməyəcək, əksinə, müxalifətin ümumi səslərinə birləşərək hazırkı hakimiyyətin yenidən seçilməsinin qarşısını alacaq.
“Bu qərar bizim üçün asan olmayıb, lakin buna görə heç vaxt utanmayacağıq. Əksinə, biz ‘Partiyamla, amma millətim üçün’ ideologiyası ilə Ermənistanın müasir siyasi tarixində ən yaxşı nümunə olacağıq”, — deyə Sarkisyan çıxışını tamamlayıb.







