
“Türkiyə və AB Cənubi Qafqazda necə müsbət rol oynaya bilər? İlk növbədə, Cənubi Qafqazla əlaqəli olmaq baxımından.
Şübhəsiz ki, Türkiyəni, Gürcüstanı və Azərbaycanı birləşdirən mövcud dəmir yolları, yollar və infrastruktur var, lakin həyati əhəmiyyətli bir əlaqə çatışmır: Ermənistanın Avropa Birliyinə çıxışı üçün heç bir marşrutu və ya dəmir yolu yoxdur.
Bu günə qədər Ermənistan ilə Türkiyə arasında maneəsiz dəmir yolu əlaqəsi olmayıb, nəticədə Avropa Birliyi ilə də belə bir əlaqə mövcud deyil.
Əgər bu mümkün olsaydı, həm Ermənistan, həm Türkiyə, həm Azərbaycan, həm Gürcüstan, həm də Avropa Birliyi üçün böyük imkanlar yaranardı”– deyə Rubinyan bildirib.
ER parlamentinin sədr müavini həmçinin Azərbaycanın Ermənistan istiqamətində daşımalar üçün tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılmasına da toxunub və vurğulayıb ki, Qazaxıstan və Rusiyadan Ermənistan istiqamətində daşımalar Gürcüstanın iştirakı olmadan mümkün olmazdı.
Çünki həmin yüklər əvvəlcə Azərbaycandan, sonra isə Gürcüstandan keçib.
“Mən buna görə gürcü dostlarımıza təşəkkür etmək istəyirəm” – deyə Rubinyan əlavə edib.
O, həmçinin əminliyini ifadə edib ki, yaxın gələcəkdə həm Avropa Birliyi , həm də Türkiyə Cənubi Qafqazda çox müsbət rol oynayacaqlar.







