
ABŞ Prezidenti Donald Tramp Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb. Onu ABŞ dövlət katibinin iqtisadi, energetika və biznes məsələləri üzrə köməkçisi Kalev Or oxuyub.
O, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Xəzər neft və qaz” 31-ci beynəlxalq sərgisinin, “Xəzər Gücü” Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji 14-cü sərgisinin və Bakı Enerji Forumunun 31-ci rəsmi açılış mərasimində iştirak edib.
Məktubda deyilir:
“Sizi və Azərbaycan xalqını Bakının 31-ci Enerji Həftəsinə ev sahibliyi etməsi münasibətilə təbrik edirəm. Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində lider mövqeyindən xəbər verir.
Ölkələrimizin karbohidrogen sahəsində uzun əməkdaşlıq tarixi var və əlçatan, bol enerjinin təmin edilməsinə sadiqdirlər.
Amerika Birləşmiş Ştatları Azərbaycanın neft və qaz sənayesinin güclü tərəfdarı olub və əminəm ki, qlobal enerji təhlükəsizliyi sahəsində möhkəm tərəfdaşlığımızın əhəmiyyəti qarşıdakı illərdə daha da artacaq.
Ağ Evdə görüşdüyümüz zaman biz bir addım irəli getdik və Ermənistan ilə Azərbaycan arasında davamlı sülhə nail olduq.
Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunlarından biridir.
Mənim administrasiyam iyun ayında bu məsələ ilə bağlı səmərəli müzakirələri səbirsizliklə gözləyir.
Birlikdə biz sülhü təşviq edəcək, firavanlığı gücləndirəcək və regionunuz və bütün dünya üçün daha inamlı gələcək quracağıq”.







