BaşlıcaSiyasət

Erməni-Amerika “Qartal Tərəfdaşı-2026” birgə təliminin bağlanış mərasimi keçirilib

“Zar” təlim mərkəzində iyunun 25-də “Qartal Tərəfdaşı-2026” təliminin təntənəli bağlanış mərasimi keçirilib. Verilən məlumata görə, bu barədə Ermənistan Respublikasının Müdafiə nazirliyi məlumat yayıb.

Təlimin rəhbər heyəti heyətə səmərəli əməkdaşlığa, yüksək peşəkar hazırlığa, təlimlərin uğurlu gedişinə və təcrübə mübadiləsinə görə təşəkkür edib.

Bağlanış mərasimi çərçivəsində heyətin mükafatlandırılması mərasimi keçirilib.

İyunun 17-25-də Ermənistanda keçirilən “Qartal Tərəfdaşı-2026” təliminin məqsədi iştirakçı bölmələrin beynəlxalq sülhməramlı missiyaların həyata keçirilməsi zamanı qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, birgə əməliyyatların təşkilini təkmilləşdirmək və tərəfdaş ölkələr arasında əməkdaşlığı möhkəmləndirmək idi.

“Qartal Tərəfdaşı” Erməni-Amerika birgə təlimidir. Bu il təlimdə Fransa və Yunanıstan silahlı qüvvələrinin nümayəndələri də iştirak ediblər.

Daha çox göstər
Back to top button