BaşlıcaSiyasət

Ruben Rubinyan Parlament sədri vəzifəsinə namizəd seçilib

“Mülki Müqavilə” partiyasının  iyunun 25-də keçirilən iclasında Parlament sədri vəzifəsinə namizəd olaraq Ruben Rubinyan seçilib, bu barədə Nikol Paşinyan məlumat verib.

Daha əvvəl Paşinyan bildirmişdi ki, “Mülki Müqavilə” partiyasında iclas keçiriləcək və orada Parlament sədri vəzifəsinə irəli sürülən namizədlərdən biri qapalı gizli səsvermə ilə seçiləcək.

Mətbuatda Parlament sədri kürsüsü uğrunda mübarizə aparan 3 namizədin adı dolaşırdı – Alen Simonyan, Ruben Rubinyan və Hayk Konceryan.

Parlament sədrinin seçilməsi yeni seçilmiş parlamentin ilk iclas dövrü ərzində təşkil olunur, namizəd bütün fraksiyalar tərəfindən irəli sürülə bilər.

 Spiker gizli səsvermə ilə – deputatların ümumi sayının səslərinin çoxluğu ilə seçilir, üç müavinə malik olur ki, onlardan biri da müxalifətin tərkibindən olur.

İyunun 7-də keçirilən seçkilərin nəticəsində parlamentə  “Mülki  Müqavilə” “Güclü Ermənistan” və “Ermənistan” blokları daxil olub.

Daha çox göstər
Back to top button