BaşlıcaSiyasət

Avropa Parlamentində Bakıda saxlanılan erməni əsirlərlə bağlı konfrans keçirilir

Avropa Parlamentində “Azərbaycanda erməni siyasi məhbusları və AB-nin müdaxiləsinin zəruriliyi” mövzusunda konfrans keçirilir.

Bu barədə Daşnaksutyun Erməni Davasının Avropa Ofisi məlumat yayıb. Qeyd olunur ki, tədbiri Avropa Parlamentinin üzvləri Kostas Mavridis (Sosial-Demokratlar, Kipr), Miriam Leksman (Xalq Partiyası, Slovakiya) və Erməni Davasının Avropa Ofisi (EAFJD) birgə təşkil ediblər.

Bildirilir ki, bu konfransın məqsədi Azərbaycanda erməni girovlarının vəziyyətinin yenilənmiş qiymətləndirməsini təqdim etməkdir.

 Həmçinin siyasiləşdirilmiş təqiblər, özbaşına həbslər və sərt hökmlərlə bağlı narahatlıqlar, eləcə də onların Avropanın insan hüquqları siyasətinə və AB-Azərbaycan münasibətlərinə təsirləri müzakirə olunacaq.

Konfransda Bakıda uydurma işlər üzrə qanunsuz məhkum edilmiş Parlamentin sədri Davit İşxanyanın oğlu Armen İşxanyan da iştirak edir.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button