BaşlıcaSiyasət

Avropa Parlamenti erməni məhbuslar məsələsində aydın mövqeyini bir daha təsdiqləyir

ARF Daşnaksütün Erməni Davası Avropa Ofisinin dəstəyi və Avropa Parlamentinin deputatları Kostas Mavridis və Miriam Leksmanın ev sahibliyi ilə iyulun 14-də Avropa Parlamentində “Azərbaycanda erməni siyasi məhbusları və AB-nin müdaxiləsinin zəruriliyi” mövzusunda müzakirə baş tutub.

 Orada Avropa Parlamentinin üzvləri, hüquqşünaslar, hüquq müdafiəçiləri və Azərbaycanda saxlanılan erməni girovların ailə üzvləri iştirak ediblər.

 Müzakirə Azərbaycanda davam edən erməni hərbi əsirlərinin və siyasi girovların saxlanılmasına, habelə onların azad edilməsinin təmin edilməsində Avropa Birliyininmümkün roluna yönəlmişdi. ARF mərkəzi ofisindən xəbər verirlər.

Natiqlər problemin humanitar, hüquqi və siyasi aspektlərini müzakirə edərək, erməni məhbusların davam edən qanunsuz həbsinin həm beynəlxalq hüququ, həm də Ermənistan və Azərbaycan arasında davamlı sülh perspektivlərini pozduğunu iddia ediblər.

Müzakirəni Kostas Mavridis açaraq, Avropa Parlamentinin erməni məhbusların dərhal azad edilməsini tələb edən aydın mövqeyini bir daha təsdiqləyib.

 O, həmçinin Avropa Komissiyasına onun mandatını – Avropa Parlamentinin bir sıra qətnamələrində təsbit olunduğu kimi, bu cür tələblərlə çıxış etmək barədə xatırladıb.

 Həmçinin AB-Azərbaycan enerji sazişinin beynəlxalq hüquq və insan hüquqları baxımından yenidən nəzərdən keçirilməsi zərurətini vurğulayıb.

O, iştirakçıların çoxunun ifadə etdiyi məyusluğu – icra hakimiyyətinin geosiyasi mülahizələrinin həm Avropa Parlamentinin iradəsini, həm də Avropa Birliyinin əsaslandığı dəyərləri kölgədə qoyduğunu bölüşüb.

Öz növbəsində Miriam Leksman əlavə edib ki, Avropa Birliyi ilə Ermənistan arasında münasibətlərin davamlı dərinləşməsi Avropa Komissiyasına bu məsələdə aparıcı rol götürməyə imkan verir.

 O, siyasi məhbuslar məsələsinin maksimum prioritetə layiq olduğunu və təhlükə altına qoyulmamalı olduğunu vurğulayıb.

Həbs olunanların ailələrini təmsil edən Dağlıq Qarabağ Respublikası Milli Məclisinin keçmiş sədri David İşxanyanın oğlu Armen İşxanyan atasının həbsinin təsirindən danışıb.

O, atasının 2023-cü ildə, Dağlıq Qarabağın erməni əhalisinin məcburi köçürülməsi zamanı dinc sakinlərin təhlükəsiz təxliyəsini dəstəkləmək üçün Dağlıq Qarabağda qaldığını, bundan sonra Azərbaycan hakimiyyəti tərəfindən həbs edildiyini danışıb.

 Həmin vaxtdan sonra o, siyasi səbəblərlə məhkəmə prosesindən sonra ömürlük həbs cəzasına məhkum edilib.

1000 gündən çox davam edən ayrılığa toxunan Armen İşxanyan həbsin ailəsinə buraxdığı ağır psixoloji təsiri təsvir edib. Qızı ilə söhbətini xatırlayaraq deyib:

“Ondan ad günü hədiyyəsi olaraq nə istədiyini soruşanda, o, sadəcə cavab verdi: “Mən babamın evə gəlməsini istəyirəm”.

Konfransda həbs olunanların davam edən azadlıqdan məhrum edilməsinin hüquqi nəticələri də müzakirə olunub.

 Avropa İnsan Hüquqları Məhkəməsində çoxsaylı erməni məhbusların maraqlarını təmsil edən vəkil Siranuş Sahakyan bu işlərin əhəmiyyətinin fərdi şəxslərin taleyindən qat-qat artıq olduğunu vurğulayıb.

O, xüsusilə qeyd edib: «Erməni məhbusların qanunsuz həbsi və məhkum edilməsi sadəcə insan hüquqları problemi deyil, Avropanın hüququn aliliyini və beynəlxalq hüquq qaydasını qorumaq qabiliyyəti üçün həlledici sınaqdır.

Avropa Parlamenti vacib qətnamələr qəbul etsə də, indi onlar effektiv siyasi tədbirlərlə müşayiət olunmalıdır. Əks halda, sabah cəzasızlıq norma çevriləcək”.

Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığının Şərqi Avropa və Cənubi Qafqaz proqramlarının direktoru Simon Papuaşvili isə öz növbəsində məhbusların azad edilməsinin hər hansı etibarlı sülh prosesinin ilkin şərti kimi qiymətləndirilməli olduğunu qeyd edib.

Onun sözlərinə görə, «erməni məhbuslar Azərbaycanda həbsdə qaldıqca sülh etibarlı ola bilməz.

Onların dərhal və qeyd-şərtsiz azad edilməsi ikinci dərəcəli məsələ deyil, fundamental humanitar öhdəlik və hər hansı real sülh prosesinin zəruri təməlidir.

 Ədalət, etimad və barışıq hər bir məhbusun təhlükəsiz və gecikdirmədən evə qayıtması ilə başlamalıdır”.

“Beynəlxalq Xristian Həmrəyliyi» təşkilatının ictimai maraqların müdafiəsi üzrə direktoru Coel Veldkamp qeyd edib ki, bu məsələ Avropa üçün daha geniş strateji əhəmiyyət daşıyır.

Veldkampın fikrincə, “Türkiyənin təsirinin artdığı və beynəlxalq normaların zəiflədiyi bir dövrdə güclü Ermənistan Avropa Birliyi üçün faydalı müttəfiq ola bilər.

Ermənistanı gücləndirmək məqsədilə avropalı siyasi qərar qəbul edənlər Ermənistan-Azərbaycan sülh prosesini daha balanslı etmək üçün yollar axtarmalıdırlar.

Bakıda saxlanılan iyirmi erməni girovun müdafiəsi istiqamətində müdaxilə əla başlanğıc olardı”.

Konfrans boyu natiqlər Avropa Birliyi narahatlıq ifadə edən bəyanatlar çərçivəsindən çıxmağa və məhbusların dərhal azad edilməsi üçün təzyiq göstərmək məqsədilə sərəncamında olan diplomatik və siyasi alətləri tətbiq etməyə çağırıblar.

 Onlar vurğulayıblar ki, erməni siyati məhbuslarının və hərbi əsirlərinin davam edən azadlıqdan məhrum edilməsi etimadın formalaşdırılması və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi qarşısındakı əsas maneələrdən biri olaraq qalır.

Konfrans Avropa Birliyi institutlarına ünvanlanmış – Azərbaycanla öz əlaqələrini aktivləşdirmək və bütün erməni məhbuslarının azad edilməsini dərhal prioritetə çevirmək, vahid çağırışla başa çatıb.

Daha çox göstər
Back to top button