
Avropa Birliyi Azərbaycan həbsxanasında saxlanılan Ruben Vardanyanın həyat yoldaşının sentyabrda Bakıya səfər təşəbbüsünü dəstəkləməlidir.
Bu barədə Factor. TV ilə söhbətində “Xristian Həmrəyliyi” (Christian Solidarity International) beynəlxalq hüquq müdafiəsi təşkilatının ictimai maraqların müdafiəsi üzrə direktoru Coel Veldkamp deyib.
Vardanyanın həyat yoldaşı Veronika Zonabend, digərləri ilə yanaşı, AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da daxil olmaqla bir çox şəxslərə məktub yazıb.
O, AB-dən qadın humanitar nümayəndə heyətinin Bakıya təhlükəsiz səfərinin təmin edilməsi, erməni məhbuslarla görüşmək, onlara məktublar, şəkillər və icazə verilən şəxsi əşyalar ötürülməsi məsələsində dəstək istəyib.
Mənbə factor.am







