
Türkiyə Ermənistanla münasibətlərin tənzimlənməsi prosesini Azərbaycanla əlaqələndirməklə davam etdirəcək. Bu barədə Türkiyə XİN-in 2026-cı il fəaliyyət proqramında deyilir.
“Məqsəd, ortaq dil, tarix, mədəniyyət və kimlikdən qaynaqlanan Azərbaycanla müstəsna münasibətlərimizi qarşılıqlı yüksək səviyyəli təmaslar vasitəsilə möhkəmləndirmək və strateji tərəfdaşlığımızın ikitərəfli və çoxtərəfli təşəbbüslər vasitəsilə Cənubi Qafqazda sülhə, firavanlığa və sabitliyə töhfə verməyə davam etməsini təmin etməkdir” – deyə sənəddə qeyd olunur.
Vurğulanır ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik bərqərar etmək məqsədilə Ermənistanla münasibətlərin tənzimlənməsi prosesinin Azərbaycanla sıx əməkdaşlıqla davam etdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Ankara Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyini davam etdirəcək.
Mənbə factor.am







