
Baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “ Yenilənmiş Dağlıq Qarabağ məsələsi” rəmzini daşıyan müzakirədə iştirak edirdilər ki, o da ABŞ-Rusiya Fondunun sədri və icraçı rəhbəri Seleste Vallenderin başçılığıyla keçirilirdi.
Azərbaycan prezidenti İlham Əliyev çıxışının əvvəlində BMT-nin qətnamələrinə toxunaraq bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, bu tarixi bir faktdır.
Azərbaycan liderinin sözlərinə görə, Qarabağ münaqişəsi “erməni təcavüzü barəsində” danışır.
Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlan Əliyevin tarixi “işarəsinə” toxunaraq vurğuladı ki, o qədər uzağa getmək lazım deyil.
“O dərəcədə tarixin qoynuna atılmaq gərək deyil. Ona görə ki, erməni Kralı Böyük Kral Tiqran Roma hərbi lideri Pompey ilə danışıqlar apararkən, Cənubi Qafqazda və ümumiyyətlə bütün dünyada Azərbaycan adlandırılacaq bir dövlət yox idi, olmayıb. Ona görə düşünmürəm ki, o qədər uzağa getmək düzgün yanaşmadır. Mən daha da uzağa gedib məsələn, bizim eramızdan əvvəl 400-cü ilə dönə bilərəm, amma elə etmərəm, çünki bunun düzgün yanaşma olduğunu düşünmürəm” –deyərək Paşinyan qeyd edib.
Sonra Paşinyan dedi ki, çox güman ki, beynəlxalq cəmiyyət də Ermənistan və Azərbaycan liderlərinin müntəzəm olaraq eyni tarixi təkrarlamasından bezmişdir.Paşinyan, həllər barədə danışmağa üstünlük verdiyini qeyd bildirib.
“Ermənistan və Azərbaycan liderləri eyni şeyi tıkrarlamağa dəyməz.Beynəlxalq birlik cəmiyyət eyni danışığı dinləməkdən yorulubdur”-deyərək Paşinyan qeyd edib..
Müzakirənin koordinatoru beynəlxalq cəmiyyətin nizamlanmanı dəstəkləmək üçün nə etməli olduğunu soruşdu. Paşinyan cavab verdi ki, beynəlxalq cəmiyyət Artsax münaqişəsinin hərbi həlli olmadığını təkid etməlidir.
Ermənistan Baş nazirinin sözlərinə görə, ilk növbədə Təhlükəsizlik Şurası sənədinin şərtlərinə əməl etməyən məhz Azərbaycandır.
“BMT Təhlükəsizlik Şurasının sənədlərinə gəlincə, bunların mənası dərhal şərt olmadan atəşkəs rejiminin təsdiqlənməsi olub”.
Paşinyanın sözlərinə görə, Dağlıq Qarabağ Sovet İttifaqı və Sovet Azərbaycanından müstəqillik əldə edib. SSRİ-nin yaranması prosesində Qarabağ Azərbaycana zorla birləşdirilib.
“Ərazi bütövlüyü barədə danışarkən, hansı ölkə barədə öldüğüna qərar verməliyik”- deyərək Paşinyan Əliyevi tarixi qaynaqlara çox varmamağa çağırdı, çünki bu doğru deyil.
Paşinyan dedi ki, biz ATƏT MQ formatında baş tutmalı olan danışıqlar prosesinə sadiqik. Həqiqi dəyişikliyi həyata keçirmək üçün real səylər göstərməyə biz hazırıq.

“Bu uzunsürən münaqişəni bir və ya iki addımda həll etmək mümkün deyil. Bizə bu məsələdə mikroinqlablar keçirməyə ehtiyac var”.
Paşinyanın sözlərincə, həll yolu Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır. Ermənistanın Baş naziri Dağlıq Qarabağın ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar tərəfi kimi tanındığını xatırlatdı.
Paşinyanın çıxışına cavab olaraq Əliyev dedi: “Cənab Baş nazir dedi ki, Stalin Dağlıq Qarabağı Azərbaycana təhvil verdi, bu doğru deyil. ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistan olmadığını izah etməlidirlər. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün Ermənistana daha böyük beynəlxalq təzyiqlər olmalıdır. Erməni qoşunları gərək dərhal “işğal olunmuş” rayon ərazilərdən uzaqlaşdırılsın, orada ermənilər heç vaxt yaşamayıb”- deyərək Əliyev qeyd edib.
“Paşinyan, həll yolunun Azərbaycan xalqı üçün məqbul olduğunu söyləyərkən, həm də gərək onların öz evlərinə qayıtmaq istədiklərini söyləməlidir. Bizim ərazi bütövlüyümüz bərpa edildikdə, ermənilər milli azlıqlara verilən bütün imtiyazlardan istifadə edə biləcəklər hansından ki, hal hazırda Azərbaycanda milli azlıqların varıdır”-deyərək Əliyev bildirib.
Əliyevin sözlərinə görə, məskunlaşmanın mərhələli şəkildə aparılması aydındır. Əvvəllan ərazilərin geri qaytarılması yenidən məskunlaşma olmalıdır. Əraziləri qaytarmadan status məsələsini müzakirə etmək mümkün olan deyil.
Azərbaycan Prezidenti xatırlatdı ki, jurnalistlərin qarşılıqlı səfərləri olub və bu da davam etdirilməlidir.
Paşinyan öz sözündə qeyd etdi ki, bunlar Azərbaycan üçün ərazidir, Dağlıq Qarabağ üçün təhlükəsizlikdir və kimsə biri təhlükəsizliyindən imtina edə bilməz.
Mənim oğlum Dağlıq Qarabağda xidmət edir. O, həmvətənlərini müdafiə etmən naminə könüllü olaraq Qarabağda xidmət etməyə gedib”- deyərək Paşinyan bəyan edib.
Paşinyan Düşənbə görüşündən sonra gərginliyin azaldığını xatırlatdı.
“Əliyev deyir ki, Dağlıq Qarabağ danışıqlar tərəfi deyil, amma Azərbaycan iki dəfə Dağlıq Qarabağla saziş imzalayıb” – deyərək Paşinyan əlavə edib.
Müzakirənin sonunda Əliyev konstruktiv bir təklif etmək istədiyini söyləməkçün söz istədi;
“Erməni xalqı müstəqilləşib, Ermənistan dövləti var, məsləhət görürəm ki, ikinci dəfə yer kürrəsi üzərində hər hansısa başqa yerdə müstəqilləşsin, Azərbaycan ərazilərindən kənarda”-deyərək Azərbaycan prezidenti qeyd edib.
Əliyevə cavab olaraq Ermənistan Baş naziri əvvəlan qeyd etdi ki, bu o qədər də konstruktiv təklif dryildi və əlavə etdi:
“Ermənilər və gürcülər Böyük Tiqran dövründən bəri bu bölgədə yaşayıblar.Burada başqa milliyyət olmayıb.
Nəinki yalnız yalnız Böyük Tiqran dövründə, həm də, Baqratunilər dövründə, Arşakuni dövründə həmçinin. Bütün bunlar barədə tarix haqqında hər hansı bir kitabda tapmaq mümkündür”
Paşinyan bir daha müzakirə imkanı üçün məmnun olduğunu bildirdi: “Demək istəyirəm ki, Ermənistan və Dağlıq Qarabağ bu münaqişənin həlli naminə var gücündən istifadə etməyə hazırdır”- deyərək Ermənistanın Baş naziri öz sözünü yekunlaşdırdı.







