BaşlıcaSiyasət

Əliyev Qarabağ üzrə danışıqlardan imtina edə biləcəyini bildirdi

Azərbaycan Qarabağ nizamlanması ilə bağlı öz mövqeyini dəyişməyəcək, çünki o, ədalətlidir. Turan-a əsasən, bu barədə Azərbaycan prezidenti İlham Əliyev iyulun 6-da ölkənin bir sıra telekanallarına müsahibəsində bildirib.

“Bizim mövqeyimiz tarixi ədalət və beynəlxalq hüquqa əsaslanır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”- deyə Əliyev qeyd edib.

O, ATƏT-in Minsk Qrupunu passivliyinə görə tənqid edib.

“ATƏT-in Minsk Qrupu Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatına reaksiya vermir. Bu bəyanat danışıqları pozur və onları mənasız edir”- deyə o bildirib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupu Yerevanın Azərbaycandan Dağlıq Qarabağ “separatçıları” ilə danışıqlara başlamağı tələb edərək formatı dəyişdirmək cəhdlərinə də adekvat cavab verməyib.

“Bu gün faktiki olaraq nizamlanma üzrə danışıqlar yoxdur, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfransının heç bir mənası. Bu, ancaq ATƏT-in Minsk Qrupunun fəaliyyətinin imitasiyasıdır. Əgər danışıqlar predmetli olmasa, biz onlarda iştirak etməyəcəyik”- deyə Əliyev vurğulayıb.

Daha çox göstər
Back to top button