
Azərbaycan silahlı qüvvələrinin Geqarkunikdə istifadə etdiyi PUA , 2008 -ci ildə Azərbaycanın İsraildən aldığı “Aerostar” tipli orta mənzilli pilotsuz uçuş aparatıdır.
Bu haqda Orbeli mərkəzinin analitiki Taron Hovannisyan jurnalistə verdiyi müsahibədə qeyd edib.
“2011-ci ildən Azərbaycanda ortaq istehsal edilir, yəni hissələri gətirirlər və Azərbaycanda “Aerostar” və “Orbita” kəşfiyyat PUA –lar yığırlar.
Qeyd olunan PUA 12 saata qədər havada işləyə bilər. Bu standart, orta səviyyəli PUA-dır və 200-250 km buraxılış məsafəsindən uzaqlaşa bilər və yaxud öz əsas bazasıyla əlaqə qura” – deyərək o, qeyd edib.
Ekspert deyib ki, hərbi texnikanın qiymətlərini demək çox çətindir, çünki bazar qiymətləri çox dəyişir.
“Açıq mənbələrə görə, Azərbaycan İsrailə bir vahid başına təxminən 1,5-2 milyon dollar ödəyib, lakin
Qiymətin dəyişməsi mümkündür və bu da ayrılıqda şərtləşmədən asılıdır”.
Taron Hovhannisyanın sözlərinə görə, nə qədər ki, Geğarkunikin həmin ərazisində toqquşmalar varvə Azərbaycan tərəfindən təcavüz olduğu üçün Ermənistan tərəfi müvafiq tədbirlər görməlidir.Məsələn erməni tərəfi silahlı texnika toplasın.
Digəri onlar erməni tərəfinin SQ hava əleyhinə müdafiə işini yoxlamağa cəhd edə bilərdilər.Tam hərbi baxımdan bu funksiyalar həmin PUA uçuşunaaid ola bilər.
Digər tərəfdənsə bu parallel olaraq növbəti aqressiya həyata keçirmək yaxud vəziyyəti gərginləşdirməyə istiqamətlənmiş addım ola bilərdi” – deyərək o, qeyd edib.
Ekspert PUA-I vurmağın asan olub -olmadığı sualına cavab verib: “Çətin sualdır.Elə deyil ki, asan və ya çətindir. Bu hava hücumundan müdafiə sistemlərindən, növlərindən və PUA-ın sayından asılıdır.
Məsələn, İkinci Artsax müharibəsi zamanı Azərbaycanın fərqli tiplərdən istifadə etməsi səbəbindən problem əhəmiyyətli dərəcədə çətinləşdi ki,çox sayda PUA və digər uçan obyektlər, təyyarələr, vertolyotlardan istifadə olunurdu.
Qeyd olunan halda hər bir HƏM sistemini məhdudiyyətli imkanı var eyni zamanda məhdudiyyətli hədəf aşkar etmək imkanları var. Əgər bundan daha artığı olursa o zaman HƏM məsələsi çətinləşir.







