
Sentyabrın 1-də Dilicandakı Monte Melkonyan adınaHərbi məktəbində “Sülh Döyüşçüsü” beynəlxalq müsabiqəsinin bağlanış mərasimi baş tutdu. Tədbirdə ER müdafiə naziri Arşak Karapetyan, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələr, Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, hərbi attaşeler iştirak ediblər.
Üzv ölkələrin iştirakçıalrını təbrik edən müdafiə nazir “Sülh döyüşçüsü” yarışmasının sülh və təhlükəsizlik naminə beynəlxalq hərbi əməkdaşlığın gücləndirilməsinə töhfə verərək əsl qardaşlıq bayramına çevriləcəyinə əminliyini ifadə etdi.
Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin komandası ümumi komanda yarışında üçüncü, Rusiya Federasiyasının komandası ikinci yeri tutdu. Ermənistan Respublikası Silahlı Qüvvələrinin komandası “Sülh Döyüşçüsü-2021” yarışmasının qalibi olub.
“Sülh döyüşçüsü-2021” yarışmasında Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Yunanıstan və Qətər Dövlətinin Silahlı Qüvvələrinin nümayəndələri (müşahidəçi olaraq) iştirak ediblər.
“Sülh Döyüşçüsü” beynəlxalq tədbiri MDB üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının qərarı ilə “Beynəlxalq Ordu Oyunları” turniri çərçivəsində keçirilir və RF Müdafiə Nazirliyi ilə MDB üzv dövlətləri arasında ikitərəfli əməkdaşlıq planlarına görə həyata keçirilir.
Artıq dördüncü ildir ki, “Sülh Döyüşçüsü” yarışı Ermənistanda keçirilir.







