BaşlıcaİctimaiyyətMədəniyyət
Parisdə dördüncü erməni festivalı açılıb

Dünən Parisdə Erməni Apostol Kilsəsinin Fransa Yeparxiyası tərəfindən təşkil edilən dördüncü erməni festivalı açılıb. Bu barədə məlumatı Ermənistanın Fransadakı səfirliyi yayıb.
Festivalın açılışını Fransa Yeparxiyasının rəhbəri, yepiskop Vahan Hovannisyan, Ermənistan Respublikasının Fransadakı səfiri Hasmik Tolmacyan, Parisin 8-ci rayonunun meri Jan D’Otser, Parisin 9-cu rayonunun meri Delfin Byurklin, Fransa Parlamentinin üzvü Silven Mayar, Artsaxın Fransadakı daimi nümayəndəsi Hovhannes Gevorgyan ediblər.
Festival zamanı erməni musiqi və rəqs qrupları çıxış etdi, bir çox pavilyonlarda erməni mətbəxi və sənəti təqdim edildi.







