BaşlıcaSiyasət

Hakob Arşakyan Sergey Kopirkini qəbul edib

ER Parlamentinin sədrinin müavini Hakob Arşakyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə toxunulub. Arşakyan Rusiya tərəfinə göstərdiyi dəstəyə görə təşəkkür edərək 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərin təcili həll edilməsi məsələsini qaldırdı. O vurğuladı ki, Azərbaycan 9 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq əsir və digər şəxsləri dərhal geri qaytarmalıdır.

Səfir qeyd etdi ki, bu məsələ Rusiya Federasiyasının diqqət mərkəzindədir.

ER Parlamentinin sədr müavini iki ölkənin müttəfiq və strateji münasibətlərində parlament diplomatiyasının rolunu vurğuladı.

Tərəflər, həmçinin,ER Parlamenti ilə RF Federal Dumasl arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın gələcək fəaliyyətinə toxunaraq, parlament komitələrinin birgə işini vurğuladılar.

2022-ci ildə Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 ildönümü olacaq. Tərəflər bununla əlaqədar keçiriləcək tədbirlərin gündəliyi ilə bağlı məsələləri də müzakirə ediblər.

Daha çox göstər
Back to top button