
Biz Rusiya Federasiyasına ER və RF arasında 1997-ci ildə mövcud olan imzalanmış saziş çərçivəsində Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün müraciət edirik.
Bu haqda ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai TV-də bildirib.
“Vurğulamağı zəruri hesab edirik ki, Ermənistanın suveren ərazisi hücuma məruz qaldığı üçün biz Rusiyanı Ermənistan və Rusiya arasında 1997-ci il müqaviləsi çərçivəsində, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi məntiqi çərçivəsində Ermənistanın ərazi bütövlüyünü qorumağa çağırırıq”- deyərək Qriqoryan bəyan edib.
Ərizə şifahidir, yazılı prosedur da olacaq:
“Biz ictimaiyyəti və tərəfdaşlarımızı belə bir prosesə başladığımızı bildirmək istəyirik. Biz RF-nın yardım göstərəcəyini gözləyirik və bizim Ermənistanın ərazi bütövlüyünü bərpa etmək imkanımız olacaqdır” – deyərək TŞ katibi qeyd edib.







