BaşlıcaSiyasət

Ruben Vardanyan: “Mübarizə aparmaq hər istiqamətdə çox böyük, ciddi, gündəlik iş görmək deməkdir”

Fevralın 17-də Artsax Respublikasının dövlət naziri və operativ qərargahın rəhbəri Ruben Vardanyan dövlət orqanlarının rəhbər heyətinin və rayon administrasiyalarının rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirdi.

Dövlət nazirinin aparatının yaydığı məlumatda bildirilir ki, Ruben Vardanyan vəzifədə olduğu 100 gün ərzində görülən və planlaşdırılan işləri təqdim edərək, şəraitə görə həmin günün 67-nin blokada günü olduğunu qeyd edib.

O, işi mühasirə zamanı bütün komandayla birləşərək  gördüyünü vurğulayıb.

Dövlət naziri hökumətin fəaliyyət prinsiplərini, mövcud çağırışları, önəmlikləri və görülən işlərin birgə həyata keçirildiyi və davam etdirilməli olduğu əsas istiqamətləri ətraflı təqdim edib və  risklərdən və həyata keçirilməyən işlərdən danışıb.

Qarabağ hərəkatının 35 il əvvəl məhz bu günlərdə başladığını qeyd edən Ruben Vardanyan qeyd edib ki, Artsax ermənilərinin mübarizəsi bu gün də davam etməkdədir.

“O zaman insanlar meydana çıxdılar və dedilər ki, Dağlıq Qarabağ azad olmalıdır. Çox az adam inanırdı ki, vəziyyəti dəyişmək şansı var.

 Amma siz bunu etdiniz və bu barədə danışmağımız çox simvolikdir ki, yenə fevralda qərarla qarşı-qarşıdayıq.

Son aylarda çox eşitmişəm:mübarizə nə deməkdir?Deyirəm ki,mübarizə sizi irəli aparan ilk növbədə iradədir,ikincisi də siz elə addımlar atırsınız hansı ki, həyati əhəmiyyətlidir.

Döyüşmək təkcə müharibəyə hazırlaşmaq demək deyil, döyüşmək bütün istiqamətlərdə çox böyük, ciddi, gündəlik iş görmək deməkdir”- deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button