
Azərbaycanlılar işğal etdikləri Hadrut şəhərinin mərkəzi kitabxanasını dağıdıblar. Bu barədə “Artsakhpress”ə Hadrut şəhərinin Av. İsahakyan adına mərkəzi kitabxanasının direktoru Varsik Amircanyan bildirib. O, Azərbaycan mətbuatının yaydığı videoda binanın olmadığını görüb.
“Hadrutun mərkəzi kitabxana binası hələ 1932-ci ildə tikilib. Azərbaycanlıların yayımladığı videodan da görünür ki, kitabxananın binasından demək olar ki, heç nə qalmayıb”, – deyə kitabxananın direktoru deyir.
Onun sözlərinə görə, 2020-ci ilin məlumatına görə, kitabxananın fondunda 39 min 720-yə yaxın kitab olub. “Təxminən 750-800 oxucumuz var idi. Hazırda kitab fondundan heç bir məlumat yoxdur”, – deyə Amircanyan qeyd edib və Azərbaycan mədəni vandalizminin növbəti təzahürünü beynəlxalq məhkəmələrdə qaldırmaq üçün Artsax Dövlət Mədəni İrsin Mühafizəsi Şurasına müraciət edəcəklərini bildirib.









