Yerevanda ilk “Yerevan Moda Həftəsi” başlayır

Moda və Dizayn Palatasının təşəbbüsü ilə iyulun 1-dən 6-dək Yerevanda, “HayArt” mədəniyyət mərkəzində erməni modası həfətsi başlayacaq.
Bu vacib tədbir çərçivəsində iyirmidən çox erməni dizayneri öz kolleksiyalarını nümayiş etdirəcək, iştirakçılar altmışdan çox erməni brendinin məhsullarını bir məkanda görmək, panel müzakirələrində və sərgilərdə iştirak etmək imkanı əldə edəcəklər.
Moda və Dizayn Palatasının prezidenti Vahan Xaçatryan xatırlatdı ki, Ermənistanda iki dəfə modaya həsr olunmuş forumun təşkil olunub və foruma beynəlxalq ekspertlər dəvət edilib.
Moda və Dizayn Palatasının həmtəsisçisi, proqramların rəhbəri Elen Manukyan da “Fashion Scout Armenia” gənc istedadlar müsabiqəsini xüsusi qeyd edib.
“Müsabiqənin elan edilməsindən iki ay keçdi. Birinci turda səkkiz iştirakçı seçilib və onlar kolleksiyalarını açılış mərasimində təqdim etmək imkanı əldə edəcəklər”,- o vurğuladı.
“Yerevan Moda Həftəsi”nin təşkili və keçirilməsi bir sıra digər strukturlarla yanaşı, ER İqtisadiyyat Nazirliyi, GIZ və Böyük Britaniyanın Ermənistandakı səfirliyi tərəfindən də dəstəklənir.
Böyük Britaniya səfirliyinin müvəqqəti işlər vəkili Paul Morrisin sözlərinə görə, Yerevan zəngin mədəni irsi ilə tanınır və indi moda dünyasında ənənə və müasirliyi birləşdirməyə hazırdır.
“Bir həftə davam edəcək yaradıcılıq bayramı yalnız ən son tendensiyaları və moda meyllərini nümayiş etdirməyəcək, həm də yeni başlayan dizaynerlər, modellər üçün ən yaxşı platforma, onların parlaya biləcəyi bir platforma olacaq”.







