BaşlıcaSiyasət

ABŞ-dəki danışıqların nəticələri və sərhəddəki gerginlik – VİDEO

İyunun 27-29-da Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar kontekstində ABŞ dövlət katibi Entoni Blinken, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli və üçtərəfli görüşlər keçirilib. Xarici işlər nazirləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə də ikitərəfli görüş keçiriblər.

Danışıqlar Azərbaycanın Artsaxdakı təxribatları və Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə paralel olaraq aparılıb. Üstəlik, tərəflər danışıqlar prosesinə xələl gətirməkdə qarşılıqlı ittihamlar irəli sürdülər.

Bununla belə, danışıqlardan sonra iki ölkənin xarici işlər nazirliklərinin yaydığı rəsmi bəyanatlarda vurğulanır ki, nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub, saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Öz növbəsində Entoni Blinken danışıqları səmərəli hesab edib və qeyd edib ki, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir, çünki ən  çətin məsələlərin həlli sonraya qalıb.

Xarici İşlər Nazirliklərin verdiyi bəyanatlara və əldə edilən irəliləyişlərə baxmayaraq, sərhəddəki vəziyyətin hələ də gərgin olaraq qaldığı göz qabağındadır. yenə həlak olanlar var, yenə Artsaxın mülki əhalisi hədəfə alınır. Bütün bunlar sübut edir ki, danışıqlar prosesində əldə edilən irəliləyiş hələ də çox kövrəkdir və sərhəddə dəqiq təminatlar verimir.

Daha çox göstər
Back to top button