BaşlıcaSiyasət

Sosial müdafiə xərcləri 2018-ci illə müqayisədə 2024-cü ildə 125 faiz artacaq

2024-cü ildə 2018-ci illə müqayisədə müdafiə sektorunda büdcə xərcləri 125 faiz artırılacaq.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı bildirib.

“2024-cü il müdafiə büdcəsinin əlavə hissəsi 309 milyard dram (772 milyon dollar) təşkil edir. Artım 125 faizdir. Qeyd etmək lazımdır ki, müdafiə xərclərimiz əhəmiyyətli və əsasdır. Bizim üçün ordumuzda, silahlı qüvvələrimizdə aparılan islahatlar birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu dinamika bizim sülh gündəmimizə zidd deyil. Döyüş silahlı qüvvələrinə malik olmaq hər bir ölkənin qanuni hüququ, istənilən dövlət üçün məcburi atributdur”, – deyə Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button