
Gürcüstanın və Rusiyanın mal dövriyyəsi 2023-cü ildə təxminən 2,5 milyard dollar təşkil edib. Bu 2022-ci ilin göstəricisindən 3 faizlə azdır. Bu haqda Gürcüstanın Milli statistika xidməti bildirir.
Rusiya Gürcüstanın ən böyük ticarət tərəfdaşlarının sırasında ikinci yerdədir. 2023-cü ildə onun xarici ticarət həcmində payı 11,2 faiz təşkil edib.
Gürcüstandan Rusiya Fedrasiyasının məlların ixracı 2023-cü ildə 657 milyon dollardan çox (artım 2,2%), idxal isə təxminən 1,8 milyard dollar (mənfi 5%) təşkil edib.
2023-cü ildə Gürcüstanın ticarət tərəfdaşlarının sırasında Türkiyə birinci yeri tutub, onunla ticarət dövriyyəsi təxminən 3 milyard dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 6% çoxdur.
Üçüncü yeri ABŞ tutub. Onunla ticarət dövriyyəsi 2 milyard dolları ötüb.
Çin (1,6 milyard dollardan artıq), Azərbaycan (1,5 milyard dollardan artıq) və Ermənistan (1,1 milyard dollardan artıq) gəlir.







