BaşlıcaEkonomika

Adambaşına düşən ÜDM 2023-cü ildə 3,2 milyon dram olub

Ermənistanda adambaşına düşən ÜDM 2023-cü ildə 3 milyon 205 min dram (8 168 dollar), 2022-ci ildə 2 milyon 901 min dram (6 661 dollar), 2021-ci ildə 2 milyon 360 min dram (4 685 dollar) və 2020-ci ildə – 2 milyon 87 min dram (4 269 dollar).

Statistika Komitəsindən verilən məlumata görə, Ermənistanın 2020-ci ildə ÜDM-i 6 trilyon 181 milyard 902 milyon dram, 2021-ci ildə bu rəqəm 6 trilyon 991 milyard 777 milyon dram təşkil edib. 2022-ci ildə ÜDM 8 trilyon 501 milyard 435 milyon dram, 2023-cü ildə isə 9 trilyon 502 milyard 778 milyon dram təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə ÜDM-in həcmi 8,7 faiz, 2022-ci ildə 12,6 faiz, 2021-ci ildə 5,8 faiz artıb, 2020-ci ildə isə ÜDM 7,2 faiz azalıb.

Daha çox göstər
Back to top button